Ermənistan Müdafiə Nazirliyinin saytı dağıdıldıbackend

Ermənistan Müdafiə Nazirliyinin saytı dağıdıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lent.az-ın məlumatına görə, hakerlər Ermənistan Müdafiə Nazirliyinin serverinə hücum ediblər. Xüsusən onlar ölkənin Milli Təhlükəsizlik Xidmətinin daxili resursunda saxlanılan məlumatlara çıxış əldə ediblər.

Hakerlər Ermənistan ərazisinə daxil olan xarici vətəndaşların pasportlarının nüsxələrini də ələ keçiriblər. Bundan başqa, hakerlər analitik hesabatlara və digər məlumatlara çıxış əldə ediblər.

Həyata keçirilən haker hücumuna görə məsuliyyəti “Anti-Armenia Team” qrupu öz üzərinə götürüb. Onların hansı səbəbdən bu resursları oğurladığı və məlumatları ələ keçirdiyi barədə məlumat yoxdur.

İnterpress.az