Telman İsmayılovun işçiləri tətilə başladı – 4 aydır maaş almırlarbackend

Telman İsmayılovun işçiləri tətilə başladı – 4 aydır maaş almırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İsmayılovun 1,4 milyard dollar sərf edərək dünya şöhrətli məşhurlarla açılışını etdiyi oteldə 160 işçi tətilə başlayıb. Məlumata görə, buna səbəb işçilərin maaşlarını ala bilməməsidir. Belə ki oteldə çalışan 800 işçidən 160-ı may ayından etibarən əmək haqqı almayıb. İşçilərin 4 gündür ki, tətil etdiyi bildirilir.

İnqilabçı Turizm İşçiləri Həmkarlar İttifaqının sədri Mustafa Yahyaoğlu tətil edən işçilərlə görüşüb. Yahyaoğlu işçilərə haqlarını tələb edərkən qanunazidd hərəkət etməmələri üçün hüquqlarını izah edib, onlara içəridə bir məkanda oturaraq etiraz etməklərini tapşırıb.

Otelin dolu olmasına baxmayaraq işçilərin əmək haqlarının verilmədiyini iddia edən Yahyaoğlu tətil edən işçilərin yerinə əlavə işçilərin əməyindən istifadə olunduğunu qeyd edib.

Xatırladaq ki, borc səbəbilə Xalq Banka satılan “Mardan Palace”ın satışının ləğvi üçün açılan məkhəmə işi davam edir.

İnterpress.az