Sarkozi məhkəmə qarşısına çıxacaqbackend

Sarkozi məhkəmə qarşısına çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fransız mətbuatının yaydığı xəbərə görə, Paris Prokurorluğu, 2012-ci ildəki seçki kampaniyasında buraxdığı kobud maliyyə qayda pozuntularına görə, Sarkozi haqqında iddia ilə məhkəməyə müraciyyət edib.
İttihamlara görə, Sarkozi , uduzduğu son prezident seçki kampaniyasının maliyyəsində öz platformasını irəli sürmək və seçiçiləri ilə təşkil olunmuş görüşlərdə iştirak etmək üçün Bugmalion şirkətindən saxta faktura alıb.
Yeri gəlmişkən Bugmalion şirkəti də Sarkozinin seçki kampaniyası xərclərini gizləmək üçün saxta faktura təşkil etdiyi üçün günahlandırılır.
Həmçinin, o da bildirilir ki, hakim prokurorun dəlilləri ilə razılaşarsa, məhkəmə N.Sarkozinin növbəti prezident seçkilərində iştirakını çətinləşdirə bilər.
Qeyd edək ki, Fransanın sabiq prezidenti Nikolya Sarkozi 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.

İnterpress.az