Nazir oğlunun yandırılan otelinin yerində yeni açılış olacaqbackend

Nazir oğlunun yandırılan otelinin yerində yeni açılış olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisənin törədilməsindən əsas səbəblərdən biri həmin otelin keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsusluğu iddia edilirdi.

O zaman Vüqar Ələkbərov və işçilərinin İsmayıllı sakinlərinə saymazyana münasibəti buna rəvac vermişdi. Olaydan sonra yandırılan otelin yerində daha böyük mehmanxananın tikiləcəyi anonsu verilmişdi.

Amma “Çıraq” otelinin yerində yenisi inşa olunmadı, orata digər təyinatlı bina ucaldıldı.

İsmayıllı rayon icra başçısının birinci müavini Rövşən Ağayev Modern.az-a açıqlamasında “Çıraq” otelinin yerində tikilən binadan danışıb.
“İsmayıllıda vaxtilə yandırılan “Çıraq” otelinin yerində iki beşmərtəbəli bina inşa edilib. 6-7 ay olar ki, həmin binaların tikintisi başa çatdırılıb. Hələ ki, istismara qəbul tədbirləri gedir”.

İcra başçısının müavini vaxtilə yandırılan “Çıraq” otelinin yerində dəbdəbəli otel tikintisi ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib.

““Çıraq” yandırılandan sonra onun yerində yenidən otel tikintisinə başlamaq təşəbbüsü olmayıb. Yandırılan ərazidə yaşayış binasının bünövrəsi qoyulub”.

İnterpress.az