Erməni hərbçi işgəncəylə öldürülübbackend

Erməni hərbçi işgəncəylə öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə əsgərin atası Qaruş Qriqoryan məlumat verib. Məlumata görə, sözügedən tarixdə Dağlıq Qarabağda yerləşən erməni hərbi hissələrindən birinin idman meydançasında cəsədi tapılan Qriqoryana işgəncə verilib. Əsgər atasının sözlərinə görə, oğlunun əllərində dirsəkdən yuxarı göyərmələr olub. Bu isə böyük ehtimalla əllə sıxılma nəticəsində yaranıb. Məhkəmə tibbi ekspertiza həmçinin, ölüm səbəbinin güllə yarası olduğunu təsdiqləyib.

Xatırladaq ki, sözügedən faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Bölük komandiri V. Balayan həbs olunub. Ona qarşı tabeliyində olan insana qarşı güc tətbiq etmək və təhqir etmək ittihamları irəli sürülüb.

İnterpress.az