Qurbanlıq satışı məntəqələrinin təyini gecikir?-CAVABbackend

Qurbanlıq satışı məntəqələrinin təyini gecikir?-CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban Bayramına saylı günlər qalır. Bu da o deməkdir ki, qurbanlıq qoyunlarına olan təlabat artır. Əhali münasib bildiyi ünvanlara üz tutub qurbanlıq üçün qoyun alır. Görünür bu il vəziyyət bir qədər fərqlidir. Qiymətlər od tutub yandığından nə alan var nədə satan. Vətəndaşların redaksiyamıza ünvanladığı suallardan bəlli olur ki, yenə də əhali satışın hansı ərazidə təşkil olunacağını bilmirlər. Və bunu bilməkdə maraqlıdırlar.

İnterpress.az bir neçə vətəndaşın mövzu ilə bağlı sualını aidiyyatı qrumlara ünvanlayıb.

Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli İnterpress.az-a bildirib ki, bu onların qurumlarına aid olan məsələ deyil:

“Satış məntəqələri təyin olunur. Biz isə yalnız heyvanların yoxlanışı ilə bağlı mütəxəssis ayrırıq. Bu mütəxəssislər heyvanların satışa yararlı olub-olmamasını yoxlayırlar. Satış məntəqələrini Bakı Şəhər İcra Hakimiyyəti təyin etməlidir. Hələ ki bununla bağlı bizim qruma BŞİH-dən bir xəbərdarlıq olunmayıb. Hər il bununla bağlı tədbirlər planı olur. Amma nədənsə bu il BŞİH tərəfindən tədbirlər planı gecikir ”.

Qeyd edək ki, BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb açıqlama almaq istəsək də hər zaman olduğu kimi cəhdlərimiz uğursuz oldu.

Xatırladaq ki, ötən il Bakının 11 rayonunun ərazisində qurbanlıq qoyunlarının satışı təşkil olunmuşdur.

Gülşanə Mustafayeva
İnterpress.az