2 yaşlı uşağı öldürən azərbaycanlı qadının əri erməni ilə sevgili imiş – VİDEObackend

2 yaşlı uşağı öldürən azərbaycanlı qadının əri erməni ilə sevgili imiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda cinayət işi üzrə istintaq davam edir və əgər cinayət sübuta yetirilərsə qadına 20 il həbs cəzası veriləcək.

Məsələ ilə bağlı Gülxarın yaxın qohumu (adının açıqlanmasını istəmir) 1news.az-a açıqlama verərək hadisənin təfərrüatlarını danışıb.

Əri rus qadınla evli imiş…

O bildirib ki, Gülxar Şirəliyeva 2009-cu ildə 17 yaşında olarkən özündən 10 yaş böyük Sahil Şıxəliyevə məcburən ərə verilib:

“Oğlan toydan sonra onu aldadaraq Rusiyaya aparıb və rəsmi nikah müqaviləsini də orada bağlatdıracağını deyib. Lakin, Gülxar Rusiyaya gedəndə ərinin başqa rus qadınla evli və 12 yaşlı qızının olduğunu öyrənib. Gülxar deyəndə ki, “sən məni aldadıb bura gətirmisən”, Sahil “yaxşı etmişəm” deyib və onu döyüb”.

2 yaşlı uşağı öldürən azərbaycanlı qadının əri erməni ilə sevgili imiş - VİDEO

Ailələr işə qarışıb

Müsahibimiz deyir ki, sonra ailələr məsələyə qarışandan sonra, Sahil rus qadından boşanıb və Gülxarla rəsmi nikah bağlayıb:

“Buna baxmayaraq hər zaman Gülxarı döyüb, aldadıb və təhqir edib. O qədər döyüb ki, sinəsində yumru şişlər əmələ gəlib. Xərçəngə çevrilmə ehtimalı var. Başına o qədər vurub ki, psixologiyası pozulub.

Hesab edirəm ki, ağlı başında olan insan belə bir hadisə törətməzdi. Düzdür, hazırda şübhəli bilinir. Amma Gülxar hadisəni törədibsə, bu böyük cinayətdir”.

2 yaşlı uşağı öldürən azərbaycanlı qadının əri erməni ilə sevgili imiş - VİDEO

“Cinayət heç vaxt cəzasız qalmır”

Gülxarın qohumu deyir ki, bu hadisədə onun tərəfini tutmur, sadəcə azərbaycanlı qadınların bəzi kişilər tərəfindən belə şiddətə məruz qalmasına heyfslənir.

“Təbii ki, cinayət heç vaxt cəzasız qalmır. Erməni uşağı olmur başqası olsun, ortada uşağa qarşı törədilmiş bir cinayət var. Sadəcə demək istəyirəm ki, Sahil ona etdiyi hərəkətlərlə çox “dağ çəkib”.

2 yaşlı uşağı öldürən azərbaycanlı qadının əri erməni ilə sevgili imiş - VİDEO

Ərinin onu erməni qadınla aldatması Gülxara “dağ çəkib”

Əvvəlcə ermənidən uşağı olması Gülxara böyük zərbədir. Bir azərbaycanlı üçün bu ölümə bərabərdir. Həmçinin, ağır şəkildə döyülməsi onda fəsadlar yaradıb”.

Öldürülən uşaq 2 yaş 2 aylıq olduğunu deyən Gülxarın qohumu, uşağın 1 yaşına qədər Sahilin erməni qadının yanında qaldığını bildirib:

“Evə həftədə, 10 gündə bir dəfə gəlib yemək qoyub gedirmiş. Həmin vaxt da onun Gülxardan iki uşağı olub. İndi oğlunun 6, qızının isə 4 yaşı var. Oğlu bu il 1-ci sinifə getdi.

Sahil erməni qadının yanında qalanda ailəsi Gülxarı Azərbaycana gətirdi ki, evlilik bitsin. Lakin, oğlan da arxasınca gəlib söz verdi ki, “Mən bir daha bunu təkrarlamayacağam, ailəmə sahib çıxacağam”. Yenə Gülxarı aldadıb Rusiyaya apardı, yenə də eyni hərəkətlərinə davam etdi”.

2 yaşlı uşağı öldürən azərbaycanlı qadının əri erməni ilə sevgili imiş - VİDEO

İzləyib, uyğun zamanda uşağı qaçırıb

Müsahibimiz hadisənin təfərrüatlarını isə belə izah edib:

“Hadisə baş verən zaman Sahil erməni qadınla istirahətdə imiş. Uşağa da nənəsinin evində dayə baxırmış. Dayə uşağı çöldə gəzdirəndə bir anlıq onu nəzarətdən kənar qoyub, ehtimallara görə Gülxar da onu götürərək qaçıb”.

Sahil orada kafe işlədir. Hazırda uşaqlar Sahilin yanındadır. Gülxarın ailəsi də Rusiyaya yola düşüb. ( 1news.az )

İnterpress.azhttps://youtube.com/watch?v=BAcsWo-Hgb0