Gədəbəydə sürüşmə baş veribbackend

Gədəbəydə sürüşmə baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Arıqıran qədim sürüşmə sahəsidir.

Onun sözlərinə görə, Arıqıran kəndi rayon mərkəzindən 25 km cənub-qərbdə, mailliyi 12-30 dərəcə olan dağətəyi yamacda yerləşir: “Sürüşmə prosesinin inkişaf etdiyi ərazidə gilli çöküntülər daha çox yayılıb ki, bu da sürüşmənin baş verməsinə zəmin yaradır. Arıqıran sürüşmə sahəsi 500-700 metr ərazini əhatə edir. Kütlə üzərində müxtəlif istiqamətli çatlar və 15-20 metr dərinliyində oturmalar əmələ gəlib”.

Ə. Qaralov qeyd edib ki, sürüşmə kütləsinin üzərində ölçüləri 15-45 metr olan göl də mövcuddur: “Ümumilikdə bu prosesin əhatə etdiyi sahədə hazırda 13 fərdi yaşayış evi yerləşir və proses aktiv fazadadır”. (apa)

İnterpress.az