Dollar 2 manata yaxınlaşır hökümət hansı addımı atır? -RƏYbackend

Dollar 2 manata yaxınlaşır hökümət hansı addımı atır? -RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi millət vəkili Vahid Əhmədovun manatın ucuzlaşması ilə bağlı proqnozları təsdiqini tapmaq üzrədir. Belə ki, deputat söyləmişdir ki, manat dollar qarşısında ucuzlaşması davam edib – 2 manata yaxınlaşacaq. Artıq bu gün manatın məzənnəsi 1,6403 100% olub. Belə olan halda dövlət hansı addım atmalıdır?

Mövzunu İnterpress.az-aşərh edən millət vəkili Vahid Əhmədov bildirib ki, burada əsas məsələ Azərbaycanda bank sisteminin sağlamlaşdırmasını həyata keçirməkdir. Verdiyimiz təkliflərimizdə bunlar hamısı öz əksini tapıb:

“Manatın ucuzlaşması təəssüf ki, davam edəcək. Bir vaxtlar var idi manat çox ucuz idi. Buna görə də Milli Bank külli miqdarda vəsait xərcləyirdi. Sonradan qərar qəbul edildi ki, Azərbaycanda yumuşaq devalivasiya getsin ki, manat gəlib öz dəyərini tapsın, tələb və təklif məbləğinə bərabər olsun. Hələ ki yumuşaq devalvasiya gedir. Düşünürəm ki, bu düzgün addımdır. Bu addım artıq Qazaxıstanda, Rusiyada atılıb. Bu prosesin nə qədər gedəcəyini bazar müəyyən edəcək”.

Millət vəkili ikinci təklifdən də danışdı:

“İkinci təklif idxal-ixrac bazarı ilə bağlı müəyyən nöqsanların aradan qaldırılması ilə bağlıdır. Bu neqativ hallar aradan qaldırmaq lazımdır. Yəqin ki, dövlət də tədbirlər planı hazırlayıb ictimaiyyətə təqdim edəcək”.

Daha sonra V.Əhmədov yeni mövsümdə sizin komitə hansı qanunların üzərində işləyəcək?-sualını da şərh edib.

“Bu mövsüm Milli Məclis referendurumun nəticələri ilə bağlı qanunlara dəyişiklərlə bağlı olacaq. Bundan başqa yeni qanunlarda olacaq”,-deyə millət vəkili əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az