Bu barədə İnterpress.az-a mərhumun yaxınları məlumat verib.
Bildirirlər ki, dünən səhər 11:00-da 1992-cı il təvəllüdlü Ucar rayonunun Qazyan kəndində anadan olmuş Ələkbərov Rəhim Polad oğlu Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Əliyevin səriştəsizliyi nəticəsində dünyasını dəyişib:
“Səhər saatlarında Rəhim Ələkbərovun yüngül qızdırması olduğu üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib. Təcili Yardım Şöbəsinin baş həkimi Ramil Əliyev xəstəyə sistem qoşub, bundan sonra Rəhimin halı pisləşib və dünyasını dəyişib. Mərhumun meydi ekspertizaya aparılıb”.
Gülşanə Mustafayeva
İnterpress.az