İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Digər bədbəxt hadisə isə Nizami rayonunda baş verib. Məlumata görə, sentyabrın 14-də Paytaxtın Nizami rayonunda 3 yaşlı Fərid Hüseynov evlərinin eyvanından (5 mərtəbəli binanın 3-cü mərtəbəsindən) yıxılıb.
Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
İnterpress.az