İnterpress.az ”Haberturk.com”-a istinadən xəbər verir ki, Bağdatda meydana gələn partlayışlar nəticəsində 2-si əsgər olmaqla 6 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Bağdatda polis müdiri Səlim ən-Numan verdiyi açıqlamada bildirib ki, Bağdatın Əd-Dura bölgəsində axtarış aparan polis qüvvələrinə bombalı hücum olub. 2 qadın cəsədi daha tapılıb.
Paytaxtın Əs-Sədr bölgəsində isə üzərində kəsici bir cisim izi olan iki qadın cəsədi tapılıb.
Polis müdiri Numan məlumat verib ki, qadınların kimlikləri hələlik müəyyən edilməyib.
İnterpress.az