İlhamə Quliyevanın bacısı məhkəmədə ifadə verdibackend

İlhamə Quliyevanın bacısı məhkəmədə ifadə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, İ. Quliyevanın bacısı İradə Həsənova ifadə verib.

O səhhəti ilə əlaqədar danışmağa çətinlik çəkdiyini deyib, ancaq bildirib ki, ibtidai istintaqa verdiyi bütün ifadələrini təsdiq edir.

İradə Həsənova M. Hüseynovanın qanun çərçivəsində cəzalandırılmasını istəyib.

Proses sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib. ( apa )

İnterpress.az