Xarici ölkələrdən “Baku Bus”-a  MÜRACİƏT- Sorğuya Cavabbackend

Xarici ölkələrdən “Baku Bus”-a MÜRACİƏT- Sorğuya Cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-ın “Baku Bus”-a 24 saat ərzində nə qədər müraciət daxil olur? sualına cavab verərkən qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev danışıb.

M.Piriyev əlavə edib ki, “Baku Bus” MMC- nin “qaynar xətt”inə daxil olan müraciətlər təkcə zənglərdən ibarət deyil. Eyni zamanda vətəndaşlar şikayət, təklif və müraciətlərini “Baku Bus”un Facebook səhifəsi və elektron poçtuna da ünvanlayırlar. Həftənin günlərindən asılı olaraq fərqli sayda müraciətlər daxil olur. Bəzi günlər \”Qaynar xətt\” ə 70-100, bəzən isə daha az zənglər daxil olur. Qəbul edilən zənglərin əksəriyyəti (təx. 70-80 %) məlumat xarakterlidir:

“Eyni zamanda bizimlə mütəmadi əlaqə saxlayan (məktub yazan, zənglər edən) sərnişinlərimiz də var. Hətta bu sərnişinlər içərisində xarici ölkələrdə istirahət zamanı müxtəlif şəhərlərin sərnişindaşıma xidmətləri ilə bağlı bizə yazan, şəkil göndərənlər də var. Biz onların hər birinin müraciətinə baxır və dəyərləndiririk. Çünki, ictimai nəqliyyat çoxtərəfli münasibətlər üzərində qurulan xidmət növüdür”.

Gülşanə Mustafayeva
İnterpress.az