Türk əri olmaqdan məhrum olanların menyusuna…backend

Türk əri olmaqdan məhrum olanların menyusuna…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 Oktyabrda BMM\’de keçirdiyimiz \”Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş bir tədbirə əsasən ziyalılarımızı və mətbuatımızı dəvət etmişdik. Məqsədim sadəcə 18 Oktyabrın önəmini bir daha xatırlatmaq, gündəmə gətirmək, bu millətin mustəqilliyə qovuşmasında əməyi və hakkı olan hər kəsi minnəttarlıq hissi ilə anmaqidi. Yaxın tariximizdə baş vermiş bu önəmli hadisənin unutturulmaması üçün gündəm yaratmaq və istiqlal aktına imza atan millət vəkillərinə təşəkkür etməkdən başqa bir məqsədimiz yox idi. Tədbirdə iştirak edən millət vəkilləri və ziyalılarımız da çıxışlarında bunu edirdilər. Millət vəkili Qüdrət Həsənquliyev öz çıxışında müstəqillik aktında imzası olan mıllət vəkillərinə \”İstiqlal\”ordeninin verilməsini belə təklif etdi, Fazil Mustafa da o günün önəmini və o gün üçün mübarizə aparmiş insanlarin millətin taleyində oynadıgı rolu bir daha qeyd etdi. Millət Vəkili Fəzail İbrahimli Azərbaycanın mustəqilliyə gələn yolunun tarixi həqiqətlərindən, millətimizin azadlığa qovuşmaması üçün rus ve ermənilərin işbirliyindən danışdı. O günlərin canlı şahidlərindən biri və Müstəqillik aktında imzası olan Firudin Cəlilov da bu günlərimiz üçün o zaman çəkilən çilələri, çətinlikləri, acıları və ağrıları anlatdı. Azadliq hərakatının liderlərindən biri Sabir Rüstəmxanli da o günün qəhramanlarının bu gün yaşadıqları çətinlikləri, onlara edilən haqsızlıqları dilə gətirdi. Bəzi çıxışlardan sonra söz istəyən Yasəmən Qaraqoyunluya çox böyük bir ehtiramla söz verdim. Yasəmən xanım sanki o tədbirdə olmayan birisi kimi, çıxışçıların heç birini dinləməmişdi, çox aqressiv bir şəkildə bizi ittiham etməyə başladı ki, bəs niyə bura Əli Kərimli, İsa Qəmbər dəvət olunmayıb?

Qüdrət Həsənquliyev lider olmayıb, (qeyd edim ki, Qüdrət bəy tədbirdən gedəndən sonra Yasəmən xanım bunları dedi) falan, filan. Yasəmən xanımın çıxışı tam bir provakasiya xarakterliydi, tədbirin əhəmiyyətinə kölgəsalmaq, araqarıştırmaq, iş görmək əvəzinə söz oyunu etməkdən başqa bir şey deyildi. Mən xanımın çıxışına cavab vermək zorunda qaldım, kimsənin şəxsiyətinə toxunmayacak, alçatmayacak bir şəkildə fikirlərimi söylədim və sənin lider saydığın adamları mən lider saymıram dedim. Xarici fondlardan maliyə alaraq öz dövlətinə düşmənçilik edənləri tənqid etdim. Bəzən ermənidən daha betər düşmənçilik edənlərimiz var dedim.
M.Ə. Rəsulzadənin də haqqı yeyilməməli, Əbülfəz Elçibey də bu ölkənin prezidenti olub və milli Azadlıq hərakatının liderlərindən biridir, onun da xidmətləri danılmamalı, Heydər Əliyev də, bu ölkənin prezidenti olub, ölkəni, bölünmə təhlükəsindən qoruyub, dövlət müstəqilliyimizi möhkəmləndirib, ona da haqsızlıq edilməməlidir. Mənim xanıma verdiyim cavabın mahiyəti bundan ibarət idi. Yaxşı ki, kameranın yaddaşında tədbirdəki bütün çıxışlar olduğu kimi qalır.
İndi gələk iki gündən bəri sosial medyada, açılan bir tərəfli müzakirələrə, təhqirlərə və yalanlara…

Sanki biri düyməyə basdı ki, içinizdə nə qədər kin və nifrət, çirkab varsa tökün bu ailənin üzərinə. (eynən Erqanakonda olduğu kimi, onda da belə çirkabla gəlmişdilər üzərimizə. Zəkəriyyə Özün hazırladığı iddianamənin düyməsini Fətullah Gülən basmışdı).

Birincisi, mənim kimi dəvət edib, kimi etmiyəcəyim hakkında kimsənin önündə götürdüyüm bir öhdəliyim yoxdur və buna da borclu deyiləm. İkincisi, bu gün guya Əli Kərimlinin müdafiəsinə qalxaraq, məni təhqir edenlərə bir sualım var, 1999 – da sizin bir çoxunuzun da təmsil olunduğunuz AXCP üzvülərinin bir çoxu onu və Xanımı Samaranı təhqir edəndə, onu sizlərin şərrindən qorumaq üçün tədbir təşkil edərək,\”Ədalət Qılıncı\” – təqdim etmişdim və Əli Kərimlidən soruşun sizə söyləsin ki, o qılıncı ona kim təqdim etmişdi. Zaman o zaman idi ki, indi söydüyünüz iqdidarla Əli bəyin heç bir proplemi yox idi, onu və ailəsini sizin əqidə yoldaşlarınız təhqir edirdi. Mən Tənzilə Rüstəmxanlı isə bir çox təhqirləri gözə alaraq Əli Kərimliyə bir evladım kimi sahib çıxmışdım.

Demkonqres parçalananda təhqir etdiyiniz Sabir Rüstəmxanlı bir ata qayğısıyla onu qorumuşdu və buna görə yenə sizin əqidə dostlarınızın təhqirlərınə məruz qalmışdı. Nə acı ki, bu gün o, sizlərin məni təhqir etməsinə baxaraq əllərini ovuşdurur. Hər kəs əslində mahiyətini ortaya qoyur. Tökün ətəyinizdəki daşları, yalanlarınız sadəcə öz ayağınıza dolaşar.

Mənə sual ünvanlayanlardan biri də Turqut Ərdir ki, Azərbaycanda 1992-ci ildən 2000-inci ilə qədər, Türkiyəmizin səfirliyində mətbuat müşaviri olaraq çalışmış və sonra burdan göndərilmişdir. Səbəbini özü bilir. Burda olduğu müddətdə bir və ya iki dəfə toplantilarda görüşmüşük. Ondan sonra onunla heç qarşılaşmamışam.
Turqut bəy, soyadın Er olunmasıyla Ər olunmaz!

Ərlik türk kültüründə qadına sayqıdan başlanır. Bizim kültürdə ər savaşına Ərənlərlə gedərdilər, yoxsa feys səhifələrinin arxasına gizlənənlərlə menim işim olmaz. Mən yeddi cəddimi bilirəm və şəcərəmi də 15 il öncə \”Dumanda İtən Vətən\” – kitabında yayınlamışam. Yeddi göbək babalarım Türk oğlu Türkdür. Türk olmağımla hər zaman qürur duymuşam. Səni üzmək zorundayam. Soyumda, sopumda heç qanı qarışıq yoxdur. Məni bilənlər bilir ki, mən hər zaman sözümün əri olmuşam. Türk milliyətçisiyəm. Bu nə zamana, nə də məkana görə dəyişməz. Elçibəylə bağlı sözlərində də səmimi deyilsən. Əgər gerçəkdən Elçibəyi sevsəydin illər uzunu onu söyən və ona xəyanət edən adamların sözcülüyünü yapmazdın. Elçibəyi özünə qalxan etmə, o bir türk böyüyüydü. Onda türk əxlaqı vardı. Mənə atdığın bu böhtanlara görə, sənin başına dünyanı dar edərdi. Mənim qohumlarımın kim olduğunu araşdırmadan öncə bir öz soy kökünə bax. Gör orda erməni qarışığı varmı?

Azərbaycanda göreşənlik edəcəyinə, bax gör Türkiyədə türk soyundan olan nə qədər, nazir, başnazir və Cumhurbaşqanı var. Bizdə dövlətin məqamlarına sayqılı olurlar, yoxsa ölkənin başında durmuş, ona xidmət göstərmiş və dünyasını dəyişmiş bir dövlət adamını sənin kimi söyüş söyüb təhqir etmirlər. İllərdir Azərbaycana düşmən mövqeyində durmusan. Kim Heydər Əliyevlə bağlı bir kəlmə yaxşı mənada söz söyləyibsə elə bil sənin anana, arvadına söyür. Həmən iftira makinanı işə salırsan. Burdan sənə yüzlərlə qatı açılmamış söyüş göndərədim, amma bunu zəif və cahil adamlar edər. Bu mənim işim deyil. Sənə burdan səslənirəm. Mənimlə bağlı irəli sürdüyün o ittihamları kanıtlayacak faktları ortaya qoymasan səndən şərəfsiz adam elə sən özünsən.

Heydər Əliyev Azərbaycanın prezidenti olub. Böyük dövlət adamı, ölkəmi təmsil edən atributlardan biri olub. ƏlbəttəTürkiyədə və başqa yerlərdə sənin kimilərin onu təhqir etməsinə imkan verməmişəm. Çünki, mənim dövlət məqamına sayqım var və Türk əxlaqından danışanın bunu bilməsi gərəkir. Qaldı ki, günlərdir, iftira maşınlarını işə salaraq öz çirkablarını bizə atmak istəyən, sözdə \”bəy\” və \”xanımlara\”onların da kim olduğunu öyrəndikdən sonra içim çox rahatladı.
Necə deyərlər,\”dinimə söyən müsəlman olsa bari”.

Avropada yaşayan və Əli Kərimlinin silahşorluğünü yapan jurnalistin xanımının kaseti yayımlanıb. Məni söyən və mənə sus deyən xanımın isə kaseti sosial mediyada dolaşırmış. Sizin əxlaq meyarınızın ölçüsü budurmu?

Avropaya sığınaraq, məni söyən \”vətən sevərlər\”- orda erməni və Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarının işğalı barədə bir yazınızdan, Xocalı soyqırımı ilə bağlı təşkil etdiyiniz bir konfransdan, erməni əsirliyində olan ananızın, bacınızın azad olunması üçün gördüyünüz bir işdən danışa bilərsinizmi?

Ölkə başçısı Avropa ölkələrinə rəsmi səfərdə olanda, ermənilərdən öncə onu protest edəcək mitinqlər təşkil etməkdirmi vətənpərvərlik? Bir erməni siyasətçisi, bir erməni alimi, qəzet yazarı göstərin ki, sizlər qədər dövlətini, millətini və onun qadınını aşağılasın. İllərdir ermənilərin Azərbaycana və türk xalqına etdikləri zülümlərə qarşı mübarizə aparıram. Ermənilər belə sizin qədər bizi təhqir etmədilər. Üzüldüyüm bu deyil. Hər kəs düşüncəsinə görə əxlaq nümayiş etdirər. Məni üzən odur ki, bütün bu olayların başında duran siyasətçilər Azərbaycan iqdidarına iddialı olanlardır. İçinizi bürümüş bu kinlə, nifrətləmi Azərbaycanı idarə etməyi düşünürsünüz? Allah bu milləti o gündən qorusun. Qaldı ki, Yasəmən xanımın adını çəkdiyi liderlərə, konkret olaraq İsa Qəmbərə və onun şəxsiyətinə, hər zaman hörmətlə yanaşmışam. Bunu hər kəsdən yaxşı o bilir. Yasəmən xanımın səmimiyətinə şühə etmirəm, o tam da başqa bir şey demək istəyirdi, olmadı. O düşündü ki, sağlam bir siyasi müzakirə aça bilər. Əminəm düşündü ki, bəlkə illər keçdikcə adlarını çəkdiyi adamlar, yaşa dolublar, olqunlaşıblar və onlarla hansısa bir masanın arxasında oturub, ölkə millət məsələsini müzakirə edə bilər və ya siyasi polemikaya girə bilər. Amma o, daha bilmir ki, bu mümkün deyil. Alim xanım hardan bilsin ki, müdafiə etdiyi cəbhənin insanları üçün muxtəlif fikirlərə, söz azadlığına yer yoxdur. Orda ya bizdən olacaqsan ya da səni linc etmə kampaniyası başladacağıq. Nə yazık ki, Yasəmən xanım, zaman məni haqlı çıxartdı. Çoxları indi əllərini ovuşdura-ovuşdura gözləyir ki, mən Yasəmən xanım haqqında bir şeylər yazacam. Orda bir az durum! O, fikirini dedi, mən də cavabını verdim və məsələ bununlada bitdi. Nəinki, söz demək ona daş atanın başına, mən qaya tulluyaram. Sizdən fərqli olaraq mənim Türk anasına sayqım sonsuzdur. Hələ ki bu bir bilim adamı ola.

Sonda onu demək istəyirəm ki, iftirayla, yalanla üzərimizə nə qədər gəlsəniz də unuttuğunuz bir şey daha var. Yalanın ömrü çox, həm də çox az olar. Gerçəklər gec-tez yerini tapacaq. Məni sevindirən bir o oldu ki, deməli çox möhtəşəm bir konfransımız olub ki, bu qədər səs-küyə səbəb oldu. Deməli yola davam…

Sizlər bizə ayaq bağı ola bilməzsiniz. Biz bu yola baş qoyanda sizləri və yalanlarınızı gözə almışdıq. Hər zaman dövlətimin və millətimin yolundayam, yanındayam. Allah bizi şeytanın şərrindən uzaq eləsin. Sizləri isə inancınız varsa Allaha həvalə edirəm. Namərd dostun olunca, mərt düşmənin olsa yaxşıdır.