Şair, publisist Fikrət Sadıq 86 yaşında vəfat edib.
Məlumatı mərhumun oğlu Orxan Fikrətoğlu AzNews.az -a təsdiqləyib:
“Ağciyərlərində problem vardı, bu gecə qəfildən halı pisləşdi. Urəyi sağlam idi, şəkəri də normallaşmışdı.”
Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1975-ci ildən ömrünün son gününədək Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib. Prezidentin fəxri təqaüdçüsü idi.
İnterpress.az