İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, Nursen bir müddət əvvəl ərindən ayrılan qaynanasını evinə dəvət edib. O, 5 yaşında oğluna baxmaq üçün qaynanasından onlarda qalmağı xahiş edib. Bir müddət keçdikdən sonra gəlin-qaynana arasında narazılıqlar yaranıb.
Gəlin qaynanasına evi tərk etməyini söyləyib.
Bundan qəzəblənən qadın yataqda yatmış gəlininin vücuduna qaynar yağ töküb. Nurseni təcili olaraq xəstəxanaya çatdırıblar.
Oğlu və gəlininin şikayətinə əsasən nəzarətə alınan Fatma Ç., prokurorluq təlimatı ilə sərbəst buraxılıb, haqqında açılan istintaq isə davam edir.
İnterpress.az