İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Portuqaliyanın RTP kanalının suallarını cavablandıran Suriya prezidenti Bəşər Əsəd söyləyib. Dövlət başçısı nitqini belə davam etdirib: \”Hələ Trampın nə edəcəyinə dair bir şey söyləyə bilmərik. Amma əgər terrorçularla savaşacaqsa, təbii ki,müttəfiqimiz olacaq. Rusiya, İran və digər bir çox ölkə kimi ABŞ da müttəfiqimiz olar.”
Kanalın suallarına ingiliscə cavab verən Əsəd, Trampın Suriyaya istiqamətli şərhlərinə dair deyib: \”Söylədikləri ümid vericidir, amma bunları reallaşdıra bilərmi? Ölkənin rəhbərliyindəki əleyhdar güclərlə, ölkə mediasında ona qarşı çıxanlarla necə bacaracaq? Buna görə sözlərini tutub tuta bilməyəcəyini bilmirik. Buna görə, Tramp barədə çox diqqətli davranırıq. Onlar özlərini dünyanın polisi ve hakimi sanır, amma deyillər\”.
Xatırladaq ki, Donald Tramp keçən həftə “Wall Street” jurnalına verdiyi müsahibəsində söyləyib: \”Suriyaya dair bir çox adamdan fərqli düşünürəm. ABŞ Əsədə hücum etsə Suriya rejimiylə döyüşə girmiş olar\”.
İnterpress.az