İnterpess.az \”BBC\”yə istinadın xəbər verir ki, Nyu Yorkda yaşayan Caliley Fieselin \”Zara\”dan 40 dollara aldığı paltarın astarından ölü siçan çıxıb.
Fiesel paltarı alandan bir neçə həftə sonra otaqdan üfünət iyinin gəldiyini hiss edib.
24 yaşlı Fiesel paltarı geyinərkən paltarın astarından siçan ayağının çıxdığını görüb.
“Dondum qaldım, qorxudan şok oldum, kiçık bir ayağın çıxdığını gördüm, çox qorxdum. Bütn bədənim səpib, qaşınma dayanmır. Paltarı alarkən soyunma otağına girmişdim, orada ayağıma nəyinsə toxunduğunu hiss etdim, oğurluğa qarşı qoyulan sensorlar olduğunu düşünmüşdüm. Amma sensor deyilmiş, siçan imiş”- deyə, Fiesel “Nyu York” qəzətinə açıqlama verib.
Fiesel, şirkəti məhkəməyə verib.
İnterpress.az