Hadisə Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Abdulla Hüseynov yaşadığı evdə bədəninin bir neçə nahiyəsinə bıçaq zərbəsi vurub. Çoxlu qan itirən şəxs qonşularının köməyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin ehtimala görə, A.Hüseynov özünə xəsarət yetirən zaman sərxoş vəziyyətdə olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. ( report.az )
İnterpress.az