İnterpress.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Həmin gün saat 10:00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
İnterpress.az