FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az-a verdiyi məlumata görə, təyyarə yaxın saatlarda İsrailə uçacaq:
“İsraildəki meşə yanğınlarını söndürmək üçün bizə də müraciət olunub. Prezidentin tapşırığı ilə İsrailə kömək üçün hazırlanan B-200 amfibiya təyyarəsi yaxın saatlarda uçacaq”.
İsraildə bir neçə rayonunda baş verən meşə yanğınları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan olunub.
İnterpress.az