Xanımlar diqqətli olun: Geyinib-soyunma otaqlarında KAMERAbackend

Xanımlar diqqətli olun: Geyinib-soyunma otaqlarında KAMERA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosial şəbəkədə yayılan bu xəbərlərlə bağlı \”Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov İnterpress.az-a bildirir ki, Azərbaycanda istehlakçı hüquqları qanunla demək olar ki, qorunmur:

\”Qorunsa da bu çox az faiz təşkil edir. Boşluqdan istifadə edən sahibkarlar isə istədikləri formada istehlakçılarından istifadə edirlər\”.

Bəs bu addımla sahibkarlar nə əldə etmək niyyətindədirlər? sualına cavab olaraq ekspert, bu görüntüləri şantaj üçün istifadə edilməsi mümkün olduğunu qeyd edir:

\”Dolaşan bu xəbərlərin doğru olmadığına şüphəm yoxdur. Ölkəyə gətirilən müxtəlif növ kameraların girişi qanunla tamamilə qadağandır. Düşünürəm ki, burada əsas iş hüquq-mühafizə orqanlarının üzərinə düşür. Araşdırma aparıb və nəticəni ictimaiyyətə bildirməlidirlər\”.

Qeyd edək ki, məsələ ilə bağlı \”Azad İstehlakçılar Birliyi\” monitorinqlərə başlayacaq.

P.S. Geyim dükanlarına girərkən bu fotodakı kimi lampalar görərsəniz ehtiyyatlı olun!

Xanımlar diqqətli olun: Geyinib-soyunma otaqlarında KAMERA

Gülşanə Mustafayeva
İnterpress.az