Bu barədə İnterpress.az SOCAR-ın “Facebook” səhifəsinə istinadən xəbər verir. Məlumata görə, fədakar neftçilərin xatirəsinə ucaldılan bu abidə bir tarixi ənənənin davamıdır. 1957-ci ildə şiddətli qasırğa Neft Daşlarında 21 neftçinin həyatına son qoymuşdu. Müstəqillik əldə ediləndən sonra, 1999-cu ildə fədakar neftçilərin xatirəsinə Neft Daşlarında abidə ucaldılıb. Onların əziz xatirəsi bu günə qədər hər il yeni nəsil neftçilər tərəfindən anılır.
Neft Daşları hadisəsindən sonra Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ən böyük təbii fəlakət 2015-ci il dekabrın 4-dən 5-nə keçən gecədə baş verib.
Dənizin şiddətinə qarşı qeyri-bərabər döyüşdə həlak olmuş həmkarlarımızın qəhrəmanlıq salnaməsini əbədiləşdirmək üçün qoyulacaq abidənin açılışı bu il fəlakətin ildönümündə planlaşdırılır.
İnterpress.az