İnterpress.az xəbər verir ki, 39-cu polis bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.
Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.
Xatırladaq ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş keçmiş İcra başçısı Mikayıl Gözəlovun oğludur.
İnterpress.az