Tramp Azərbaycanda nə qədər pul qazanıb?backend

Tramp Azərbaycanda nə qədər pul qazanıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Tramp özü yalnız \”Trump\” adından istifadə üçün 2,8 milyon dollardan çox pul alıb.
Söhbət Azərbaycandakı təmtəraqlı Trump International Hotel & Tower Baku mehmanxanasından gedir.

Qeyd edək ki, virtualaz.org bir müddət öncə Amerika KİV-nə istinadən Azərbaycanda Donald Trampla əlaqəli ən azı beş obyektin olduğu barədə yazmışdı. Bu arada qeyd edək ki, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün Trampın ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinə göndərdiyi hesabatların yalnız birində Bakının adı 21 dəfə xatırlanır (Yeri gəlmişkən, orada Yerevan və ya Ermənistanın adı çəkilmir)!
Amerika nəşri ProPublica-nın yazdığı kimi, bütün bunlar əxlaq üzrə hüquqşünasların və ekspertlərin diqqətini çəkib. Çoxları hesab edirlər ki, hüquqi nöqteyi-nəzərdən Trampın xarici lisenziya razılaşmaları ABŞ Konstitusiyasını – hansının ki müddəaları prezidenti istənilən pul mükafatının, vəzifənin və ya titulun qəbulundan çəkindirir,- poza bilər. Konstitusiyanın pozulması isə impiçmentə gətirib çıxara bilər.

Ancaq bir \”əmma\” var. \”Biz Trampın müddəaları pozduğunu necə biləcəyik?”-deyə ProPublica nəşri sual edir. Və özü də cavab verir: “Heç cür. Hər şeydən əvvəl informasiyanın açılması üzrə prezidentlərə qoyulan məhdudiyyət tələbinə görə”.

Bundan başqa Tramp, ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinin tələblərinə uyğun olaraq, 2018-ci ilin mayına qədər öz aktivləri, gəlirlər, hədiyyələr və qiymətli kağızların portfelləri üzrə illik kompleks hesabatı hazırlamaya bilər.

İnterpress.az