Tərkib:
2 ədəd qırmızı baş soğan
300 ml ət bulyonu
100 qr kərə yağı
200 qr dana əti
100 qr noxud
30 qr quyruq
1 ədəd kartof
½ dəstə şüyüd
Alça qurusu
Duz, istiot, sarıkök
Hazırlanması:
Ət, quyruq və 1 ədəd soğan ətçəkən maşından keçirilir.Noxud axşamdan isladılır, suda bişirilib qabığı çıxarılır.Farşın üzərinə noxud əlavə edilir, duz, istiot səpilib daşın üstündə döyülür.Qarışıq hissələrə bölünür, hər hissənin içərisinə 1 ədəd alça qurusu qoyulub küftə tutulur.Kartof 6 hissəyə bölünür.
1 ədəd soğan xırda doğranır, yağ tökülmüş daş qazanda qızardılır.
Üzərinə kartof əlavə olunub qovrulur.
Qarışığın üzərinə bulyon tökülür.
Qaynayan bulyona sarıkök, duz və istiot səpilir.
Kartof bişənə yaxın küftələr bulyona salınlb bişirilir.
Hazır yeməyə xırda doğranmış şüyüd səpilib süfrəyə verilir.
İnterpress.az