Tərkib:
150 qr can əti
50 qr kərə yağı
1 x.q. narşərab
1 ədəd baş soğan
1 ədəd nar
Duz, istiot
Hazırlanması:
Ət nazik dilim şəklində doğranıb yağda qızardılır.
Üzərinə samanvarı doğranmış soğan əlavə edilib qovrulur.
Qarışığa narşərab tökülür, duz, istiot səpilib qarışdırılır.
Yemək yağa düşəndə üstünə nar dənələri səpilib qarışdırılır.
Narqovurma 3-4 dəqiqə bişirilib odun üzərindən götürülür.
İnterpress.az