BMT Türkiyənin FETÖ ilə bağlı tələbini qəbul etdibackend

BMT Türkiyənin FETÖ ilə bağlı tələbini qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, tələbə əsasən FETÖ ilə əlaqəli təşkilatların BMT-dəki məsləhətçi statusu ləğv edilib.
Qeyri-hökumət təşkilatlarının BMT-nin işlərinə qatıla bilməsi üçün 54 üzvü olan BMT-nin İqtisadi və İctimai Şurasından (EKOSOK) status almalıdır. FETÖ-yə bağlı “Kimsə Yoxmu” dərnəyi 2010, Jurnalistlər və Yazarlar Vəqfi və TUSKON 2012-ci ildən EKOSOK-nun nəzdində məsləhətçi statusu alıb.
Türkiyədə FETÖ-yə bağlı bu təşkilatların BMT-dəki məsləhətçi statusunun ləğvi üçün müraciət edib. Müraciət (BMT) qeyri-hökumət təşkilatları üzrə Komitəsində qiymətləndirildikdən sonra səsverməyə çıxarılıb. Səsvermədə komitənin 19 üzv ölkəsindən 16-sı Türkiyənin tələbinə dəstəkləyib.

İnterpress.az