İnterpress.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazirin sözlərinə görə, Berni Ekklstounun Çeyz Keri ilə əvəzlənməsi Azərbaycan Qran Prisinə təsir etməyəcək: \”Əvvəllər necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik. Onlarla çox yaxşı əlaqələrimiz var\”.
A.Rəhimov vurğulayıb ki, \”Formula 1\”-in hazırkı səviyyəyə çatmasında Ekklstounun müstəsna rolu var: \”Ancaq o, hissələrin böyük qismini başqa bir şirkətə satıb. Özünə isə 0,5 faiz saxlayıb. Hazırkı səhmdarlar isə onunla əməkdaşlıq etdirməməyi üstünlük verdilər\”.
Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 23 – 25 iyunda keçiriləcək.
İnterpress.az