“Azercell”dən nömrə satışının dayandırılması ilə bağlı – Açıqlamabackend

“Azercell”dən nömrə satışının dayandırılması ilə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Azercell Telekom” MMC-nin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni \”online” sistem üzrə aparılır: \”Bu, Nazirlər Kabinetinin və prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. \”Azercell”in nömrə satışı dayandırılmayıb və adi qaydada aparılırdı. Çünki bütün \”Azercell” diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyatı mövcud idi və satışları ehtiyatlarımız hesabına həyata keçirirdik”.

Məlumatda deyilir ki, yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməməsi müvəqqəti olaraq dayandırılıb: \”Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir. Yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz\”.

İnterpress.az