Məktəbdə şagirdin bıçaqlanması ilə bağlı rəsmi açıqlamabackend

Məktəbdə şagirdin bıçaqlanması ilə bağlı rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdarədən bildirilib ki, fevralın 3-də səhər saat 8 radələrində dərs başlamamışdan əvvəl məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib. Məktəbdən təcili-tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

İdarədən əlavə edilib ki, məktəbdən hər iki şagirdin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu bildirilib.

İnterpress.az