İnterpress.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bəyanat klubun rəsmi \”feysbuk” hesabında yerləşdirilib.
\”Qəbələ” İdman Klubu olaraq bəyan edirik ki, klubumuz hər zaman ədalətli hakimlik və şəffaf çempionat tərəfdarıdır. Çempionatın son oyunlarında müşahidə etdiyimiz, turnir cədvəlindəki duruma təsir göstərən hakim səhvlərilə, lehimizə və ya əleyhimizə verilən yanlış qərarlarla qarşılaşmaq istəmirik. Ümid edirik ki, belə səhvlər davamlı olmayacaq və bu günkü oyunlarla sona çatacaq”, bəyanatda deyilir.
İnterpress.az