İnterpress.az xəbər verir ki, ölkənin baş naziri Castin Trudeu da dəfn mərasimində iştirak edib.
Baş nazir mərasimdə göz yaşlarını tuta bilməyib. Tədbir Kvebek şəhərindəki \”Convention Center\”-də təşkil edilib. Baş nazirlə yanaşı Kvebek əyalətinin rəhbəri Filipp Kullard, Bələdiyyə sədri Regis Labem, millət vəkilləri, xristian və yəhudi icmasına məxsus din adamları və minlərlə sakin də dəfndə iştirak edib.
Cümə namazı qılındıqdan sonra baş nazir kürsüyə çıxıb və qurbanların xatirəsini yad edib, terroru lənətləyib. Castin eyni zamanda məscidə edilən hücum zamanı həlak olan 6 nəfərin xatirəsinin daim yaşayacağını bildirib.
Baş nazirdən sonra digər rəsmi şəxslər də çıxış ediblər.
Qeyd edək ki, terror hücumundan sonra həbs edilən Aleksandr Bissontun ikinci məhkəmə prosesi 21 fevral tarixində keçiriləcək. (ölkə.az)
İnterpress.az