MN: Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini üstələyirbackend

MN: Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini üstələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan hərbçilərinin “Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində keçirilən yarışlarda uğurlu çıxışı Silahlı Qüvvələrə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir: “Sevindirici haldır ki, müxtəlif yarışlarda güclərini sınayan hərbçilərimiz 28 ölkə nümayəndələri arasında yüksək göstəricilərə nail olublar. Qürurverici məqamlardan biri də odur ki, oyunların ilkin mərhələsinin nəticələrinə görə Azərbaycan hərbçiləri Ermənistan komandasını bütün istiqamətlərdə xeyli üstələyib. Xüsusilə qeyd edək ki, tank ekipajları, snayperlərimiz və artilleriya heyətləri Ermənistan hərbçilərindən qat-qat yüksək nəticələr göstəriblər. Bu da hərbçilərimizin döyüş hazırlığının, peşəkarlığının, bilik və bacarıqlarının göstəricisidir”.

İnterpress.az