Duterte: İnsan haqları? Canı cəhənnəməbackend

Duterte: İnsan haqları? Canı cəhənnəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Filippin Dövlət Başçısı Rodrigo Duterte, ABŞ Dövlət katibi Rex Tillerson ilə ASEAN Xarici İşlər Nazirləri Toplantısının 50-ci iclası çərçivəsində bir araya gəldi. Yığıncaqdan sonra, Duterte, Şimali Koreyanın üzərindəki ABŞ narahatlığına toxunaraq, \”Mən sizin Cənub-Şərqi Asiyada təvazökar dostunuzam\” dedi.

İnsan haqlarına dair bir jurnalistin sualına Duterte cavab verdi: \”İnsan haqları? canı cəhənnəmə. İnsan haqları cəhənnəmdir. Polis və əsgərlər mənim məsuliyyətim altında öldü. Maravidə davam edən münaqişə? Uyuşdurucudan başqa nə səbəb ola bilər ki? Bu məsələyə insan haqlarını qarışdırmayın\”-deyə bildirdi.

İnterpress.az