Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı Türkiyənin İstanbul şəhərində keçirildi. Qurultayın keçirilmə yeri təsadüfi seçilməmişdi. Bu il həm də sözdə erməni soyqırımının 100 illiyi qeyd olunacaqdı. Ermənilər bu ilə ciddi hazırlaşmışdılar. Uzun illərdir ki,dünyanı arxalarına alaraq sözdə soyqırım yalanını tanıtmaqla məşğul idilər. Sözün düzü, artıq yalan olmaqdan çıxartdılar, dünyanın 20-dən artıq ölkəsi bu yalana inandı və tanıdı. Daha doğrusu, ermənilər bu yalanı milli idealogiyaya çevirdilər. Biz Qarabağı, Türkiyənin yarısını da ermənilərə versək, onlar yenə də bu soyqırım yalanından imtina etməzlər. Bunun səbəbi bu yalanla onlar, dünyaya səpələnmiş erməniləri bir arada tuturlar, daha doğrusu bir millət olaraq var oluşlarını, gündəmdə olmalarını sağlayırlar. Bu yalanı uydurmalarının başqa səbəbləri də var. Əslində ermənilər o dönəmdə Azərbaycan türklərinə, Şərqi Anadoluda türklərə qarşı həyata keçirdikləri həqiqi soyqırımın üstünü örtmək istəyirlər.
Buna görə də arxivlərin açılmasını istəmirlər. Çünki gerçəklər gün üzünə çıxarsa, ermənilər özlərinin soyqırımçı keçmişi ilə üzləşmək məcburiyyətində qalacaqlar.Çox təəssüf ki,biz dünyanın bu məsələdə riyakar üzü ilə qarşı qarşıyayıq. Məzlumun haqqını, görməzlər, zalımdan yana tərəf olurlar. Bir milyon qaçqın insanımızın acısını duymaz, Xocalını görməz, Ermənistanın terrorçu bir dövlət olaraq tanımaz,amma soyqırımlarla mübarizə köynəyi geyərək gerçək soyqırım həyata keçirən, qatil Serj Sarkisiyanın əlini tutar və Ermənistana yardım edər. Təəssüf ki,dünyanın bizə baxış acısı saxtakarlığa söykənir. Bu haqsızlıqlara qarşı etirazımızı bildirmək üçün,uydurma soyqırım iftirası ilə günahlandırılan Can qardaşımız Türkiyəmizə dəstək olmaq üçün İstanbulda toplaşmışdıq.
Özəlliklə mətbuatın diqqətini Qarabağda, Xocalıda yaşanan gerçək soyqırımlara çəkə bilmək üçün, Türkiyədəki bütün şəxsi imkanlarımızdan, dostluq əlaqələrimizdən istifadə edərək, medianın qurultaya gəlməsini təşkil edə bilmişdik. Özəlliklə, mətbuatın yüksək səviyyədə qurultayda təmsil olunmasında BengüTürk telekanalının rəhbəri, Azərbaycanın dostu Murad İde, “Hürriyyət” qəzetinin yazı işləri müdiri Doğaner Gönen və xanımı Ayşə xanım, Adnan Bulut, Metin Çapan çok böyük zəhmət çəkdilər. Türkiyənin 20-yə yaxın televiziyası,(Halk TV, FOX TV, Ülke TV, TRT, Ulusal TV, Doğan, Anadolu xəbər agentlikləri və s.) qurultayı işıqlandırdı. BengüTürk Televiziyası qurultayın açılışını 3 saat boyunca canlı yayımladı, axşam saat 20:30-da qurultayı tamamilə təkrar yayımladı. Qurultayda insanların iştirakı çok yüksək səviyyədə idi. Azərbaycandan iqtidarlı-müxalifətli hər kəs bu məsələdə bərabər hərəkət edirdi, Türkiyəmizin millət vəkilləri, dərnək başqanları, siyasi partiyaların təmsilçiləri, dünyanın 20-yə yaxın ölkəsindən DAK-ın qurultayına seçilmiş nümayəndələr, Azərbaycanın və Türkiyənin ziyalıları,Türk dünyasının dəyərli insanları qurultayda iştirak edirdilər. Azərbaycan Kültür Dərnəyi Başqanı Cəmil Ünal və dəyərli xanımı, Firuddin Cəlilov və xanımı Fəridə xanım, MHP millət vəkili Atilla Kaya da qurultayı şərəfləndirən qonaqlarımız arasında idi. Rusiyada yaşayan soydaşlarımız yüksək səviyyədə təmsil olunurdular. Hətta bir zamanlar küsüb gedənlər belə bu milli birlik qurultayında bir araya gəlmişdilər. Çıxışlar bir-birindən dəyərli idi və ən önəmlisi tarixi gerçəklərə ayna tuturdu. Qarabağ, İrəvan,Təbriz, o taylı bu taylı Azərbaycan və Türk milləti,Türk Dünyası ələ alınmışdı. Alınan qərarlar da çox önəmli idi. Dünyaya səpələnmiş soydaşlarımıza yaşadıqları ölkədə Azərbaycanın və Türkiyənin haqlı mübarizəsinə sahib çxmaları tövsiyə edilirdi, bilinən və bilinməyən düşmənlərimizə qarşı birlikdə mübarizə aparmağa çağrılırdı. Bir sözlə möhtəşəm bir qurultay keçirilmişdi. Bu qurultayın mükəmməl keçməsində əməyi keçən hər kəsə çox təşəkkür edirəm.
Düşmənlərimiz də boş durmurdu. Rusiyanın, İranın və bu birliyi istəməyən ölkələrin içimizdə olan muzdlu əməkdaşları fitne-fasatla meşğuldular. Qurultayın gedişatı boyunca əllərində telefon bağlı olduqları ağalarına məlumat verirdilər, təlimat almışdılar nə olur, olsun qurultayın baş tutmasına əngəl yaradılsın, təxribat törədilsin. Çıxış edənlərdən biri buna cəhd etdi, amma olmadı.
Təəssüf ki, içimizdəki,kiripto ermənilər və gizli İran casusları qurultaydan sonra yenə iş başındadılar.İstanbulda bacara bilmədikləri işi,bu gün bəzi dövlət məmurlarının da dəstəyi ilə Bakıda etmək istəyirlər.Uzun illərdir diaspora işi ilə məşğul olan bir təşkilatın rəhbəri kimi gəldiyim nəticə ürək ağrıdır. Elə bil ki, bir gizli və çirkli əl Azərbaycan Diasporasının güclü olmasını istəmir, harda bir milli təşkilat varsa onu bölüb parçalamak üçün casuslarını meydana sürürlər. Mütləq milli davamızın önünde əngəl olmağa çalışırlar. Çox zaman da Azərbaycanın bəzi rəsmi qurumlarında özlərinə dəstək tapırlar. Kim, niyə istəməsin ki, Azərbaycanın bütövlüyü və birliyini, ermənilərə qarşı mübarizəni, Xocalının haqq səsinin duyurulmasını, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün dünyanın insaflı olmasını, qaçqının və köçkünün çəkdiyi zülmə göz yumulmaması və güclü bir Azərbaycan dövləti və onun təbliğini? Niyə bütün bunların olmasını istəmirlər? Biz bunların olmaması üçün səy göstərən ermənilər və erməni diasporası ilə bərabər içimizdəki casuslar ilə mübarizə etmək məcburiyyətindəyik. Qapıdan qovursan, pəncərədən girirlər, qurultayda istefa verirlər, sonra xidmət etdikləri ağalarını göstərişi ilə gəlib DAK adına mətbuat konfransı keçirirlər. Hələ biri var ki, Bakı nümayəndəsi adına iddialıdır, Türkiyədə əlinə bir şey keçmədi. İndi buralarda su bulandırır, daha bilmir ki,millət, vətən davası çətin işdir.Bu işlər boynuna qalstuk taxaraq, bəzənməklə və yaxud cahil-cahil danışaraq, sadəcə “mən türkçüyəm” deməklə də olmur. Avropada və Bakıda oturaraq Təbrizin davasını çəkmək çox asan, hünərin varsa get İranda bunu et, “Quzeylilər bizim güneyin işinə qarışmasın” deyən cahil, biz Türk aydınları olaraq bu milli davamızı sənin kimi cahillərin və zavallıların ümidinə buraxmarıq. Sizlərə rəğmən bu mübarizənin savaşçısı bizik. Bu bizim milli mefküremizdir. Ad çəkmədən yazdığım bu yazımda düşünürəm ki, mesajlar yerini tapacaq. Bu bir milli davadır, sizlər olsa olsa çöl qapının mandalı olarsınız, İranın və Rusiyanın əlaltısı olacağınıza, adam olmağı öyrənin. Başqalarına yamaq olmaqdansa, torpağınızın daşı olun ki,vətəndaşı ola biləsiniz… Millətin ayağında daş olmayın, Türk Millətinin daşı çox ağırdı, altında qalsanız sizdən heç bir şey qalmaz, toz olursunuz.