“Bakıya mümkün olan ən güclü komandanı göndərəcəyik”backend

“Bakıya mümkün olan ən güclü komandanı göndərəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberg deyib.

S. Linderbeng bildirib ki, İsveç I Avropa Oyunlarında təmsil olunacaq: \”Biz Bakıya mümkün olan ən güclü komandanı göndərəcəyik\”.

Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, idman körpü sala, gözləri aça və sərhədlərdən kənar dialoqun başlanğıcı ola bilər.

O daha sonra qeyd edib: \”İdmanda və Olimpiya Hərəkatında hər bir şəxs üçün hörmət əsasdır. Avropa Oyunları, bütün idman tədbirləri kimi, ev sahibliyi edən ölkədən asılı olmayaraq təbii ki, olimpiya dəyərlərinə uyğun həyata keçirilməlidir. Biz inanırıq ki, Avropa Olimpiya Komitəsi rəhbərliyi hər şeyi olmalı olduğu kimi edəcək\”.

İnterpress.az