İnterpress.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, təşkilat bir video yayaraq üzvlərinin 12 nəfəri öldürdüyünü bəyan edib.
İnterpress.az xatırladır ki, yanvarın 7-də “Charli Hebdo”ya hücum edən qardaşlardan biri öldürülmədən əvvəl telefonla BFM TV-yə zəng edərək “Əl-Qaidə”nin Yəmən qolu tərəfindən vəzifələndirildiyini söyləmişdi.
Bundan əlavə hücumdan bir neçə gün sonra bir “Əl-Qaidə” üzvü Avropa Parlamentinə ingiliscə göndərdiyi açıqlamada təşkilatın Yəmən qolu barədə məlumat vermişdi.
Charlie Hebdo Katliamını Yemen El Kaidesi Üstlendi sondakika
İnterpress.az