Binada baş verən yanğında ölənlərin sayı 15-ə çatdı, 65 yaralı – YENİLƏNİRbackend

Binada baş verən yanğında ölənlərin sayı 15-ə çatdı, 65 yaralı – YENİLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirib ki, hadisə nəticəsində 65 nəfər xəsarət alıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib. 10 nəfərə yerində yardım göstərilib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirib ki, yanğın zamanı ölənlərin sayı 15 nəfərə çatıb, xəsarət alanlar isə 63 nəfərdir.

***

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin 13 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirib ki, hadisə nəticəsində 13 nəfər ölüb, 61 nəfər xəsarət alıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölənlərin sayı 10 nəfərə çatıb, 43 nəfər isə xəsarət alıb.

***

1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yanğın zamanı 5 yaşlı qız uşağı yanaraq dünyasını dəyişib.

“Hazırda xəstəxanaya 12 nəfər gətirilib. Onlardan biri 5 yaşlı qız uşağıdır. O yanaraq dünyasını dəyişib, şəxsiyyəti məlum deyil. Valideynlərinin hadisədən xəbərləri yoxdur. Digər şəxslərə isə tibbi yardım göstərilir. Xəstəxanaya 5 yaşlı oğlan uşağı da gətirilib. O, da yanıq xəsarətləri alıb. Amma vəziyyəti ağırdır. Həmin uşağın da şəxsiyyəti məlum deyil”. ( azvision.az )

***

Hazırda ölənlərin kimliyi dəqiqləşdirilir. Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.

Hadisə nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə yerində yardım edilib.

İnterpress.az