Terroru dəstəklədi, həbs olundu – VİDEObackend

Terroru dəstəklədi, həbs olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Didon bazar günü profilində “Mən bu axşam özümü Şarli Kulibali kimi hiss edirəm” sözlərini yazıb.

Məşhur komediya aktyoru “Charlie Hebdo”ya hücuma etiraz üçün istifadə edilən “Je suis Charlie” (Mən Şarliyəm) şüarı ilə yəhudi məhəlləsindəki marketə hücum edən Amedy Kulibalinin soyadın birləşdirməsi Fransada etirazlara səbəb olub.

Fransanın baş naziri Manuel Valls parlamentdə komediya aktyorunu sərt tənqid edi: “Yüz minlərlə insanın küçələrdə qurbanlar üçün yürüyüşə çıxdığı vaxt Didon nifrət yaymada davam edir”.

Daxili İşlər naziri Bernard Kazenuv da Didonun sözlərini “səfillik” kimi qiymətləndirib: “Ədliyyə bu məsələdə işini görəcək”.

Əsl adı Didon M\’Bala olan 48 yaşlı komediya aktyoru yəhudi düşmənliyi ittihamıyla bir neçə dəfə məhkum olub. Son olaraq da keçən il göstərdiyi şouda yəhudilərə qarşı ifadələr işlətdiyi üçün 65 min avro cərimə edilib.


Fransa'da Ünlü Komedyen,Terörü Desteklemekten… haberler

İnterpress.az