İnterpress.az xəbər verir ki, bu sözləri xalq artisti Fərhad Bədəlbəyli “ATV maqazin onlarla”ya açıqlamaslnda deyib.
Pianoçu sponsorların ancaq məşhur xanımlara dəstək olmasından şikayətlənib:
“Nə qədər yüz minlik saat, 200-300 minlik maşınla reklam olmaq olar? Bunlar bir köpüklük deyil. Sponsorlar ancaq ucuzluq edirlər. Sponsorlar ancaq şou-biznesin gözəl xanımlarını dəstəkləyirlər. Bir rəssamı, sənətkarı dəstəkləmək mədəniyyəti bizdə yoxdur”. (axşam.az)
İnterpress.az