İnterpress.az xəbər verir ki, teatrın baş meneceri Nicat Qulam;n Kulis.aza verdiyi açıqlamaya görə, 2018-ci ilin ilk günlərində sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün təbəqələrinin diqqətini ölkədə əlilliyi olan şəxslərə yönəltməkdir: \”ƏSA Teatrı olaraq qərara gəldik ki, yeni ilin ilk günlərində çəkdiyimiz bu sosial çarxla düşüncələrimizi cəmiyyətə ötürək. Çünki fiziki məhdudiyyətli insanların yaradıcı fəaliyyət göstərə bilmələri üçün bütün cəmiyyət dəstək göstərməli, əlilliyi olan şəxslərə münasibət dəyişməlidir.\”
Xatırladaq ki, ƏSA Teatrının əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarətdir.
İnterpress.az