Qadın olduğunu sübut etmək üçün soyundu – VİDEObackend

Qadın olduğunu sübut etmək üçün soyundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə futbolçu özü yerli mətbuata müsahibəsində deyib:“Məni məcbur etdilər ki, Afrika Futbol Konfederasiyasının və milli komandamızın nümayəndələrinin qarşısında tamamilə soyunum. Bu, çox alçaldıcıdır”.

Konfederasiya rəhbərliyi Anonmanın oyun tərzinə görə onun qadın cinsindən olmasına şübhəylə yanaşıb. Buna baxmayaraq futbolçuya əvvəlcə gender testindən keçmək təklif olunmayıb.

27 yaşlı idmançı Ekvatorial Qvineyanın yığmasında 2002-ci ildən çıxış edir. O, millinin formasında 32 görüş keçirib və 18 top vurub. Anonma Almaniyanın Podstam şəhərinin “Turbin” klubunda oynayır. 2011-12-ci illər sezonunda o, 22 qol vuraraq Almaniyanın qadınlar üzrə futbol çempionatında “bombardmançı” kimi tanınıb. Anonma 2012-ci ildə Afrikanın “ən yaxşı qadın futbolçusu” seçilib.

İnterpress.az