Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblərbackend

Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır.

Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.

4 həftədən sonra zeytun yağını istehlak edən qrupda \”pis\” xolesterolun səviyyəsi bir qədər azalıb, \”yaxşı\” xolesterolun səviyyəsi isə 5% artıb.

Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir.

Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib.

İnterpress.az