Dünyanın ən soyuq yeri – 71 dərəcə şaxtada həyat – FOTObackend

Dünyanın ən soyuq yeri – 71 dərəcə şaxtada həyat – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kənddə isinmək üçün yalnız odun və kömürdən istifadə edilir. 2 aylıq yaz fəslində havanın temperaturunun 30°C çatdığı bildirilir. Qışda heç bir şeyin yetişmədiyi bu kənddə yaşayanlar, ancaq şimal maralı və at əti ilə qidalanır. Kənd sakinləri maşınlarını günün 24 saatı işlək vəziyyətdə saxlayırlar. Mühərriki söndürdükləri təqdirdə yenidən işləməyəcəyini bilən kənd sakinləri maşınlarını gecə belə işlək vəziyyətdə saxlayır.

Kəndin tək məktəbi isə ancaq hava tempraturu -52 dərəcədən aşağı düşəndə tətil edilir. Tədqiqatçılar Rusiyanın Oymyakon kəndini dünyanın ən soyuq yaşayış yeri kimi göstərirlər. Oymyakonda havanın temperaturu bəzən o qədər aşağı düşür ki, qələm donur, insanların gözündəki eynəklər buz bağlayır və batareyalar gücünü itirir.

Oymyakonda yanvar ayında orta hava temperaturu -50 dərəcə olur. Kənddə qışda günəş yalnız 3 saatlıq görsənir.

Dünyanın ən soyuq yeri – 71 dərəcə şaxtada həyat - FOTO

İnterpress.az