Tibb dünyasını mat qoyan hadisə – Öləndən 3,5 saat sonra dirildi…backend

Tibb dünyasını mat qoyan hadisə – Öləndən 3,5 saat sonra dirildi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ağır halda xəstəxanaya gətirilən xəstənin həyatı uğrunda 40 dəqiqə mübarizə aparan həkimlər səhər saat 11-də onun öldüyünü bildiriblər və xəstə morqa yerləşdirilib. 3,5 saat sonra xəstəni morqdan alan qohumları onun nəfəs aldığını görüblər. Yenidən reanimasiyaya yerləşdirilən xəstə dirilib, lakin o 10 gün yaşadıqdan sonra yenidən həyatını itirib. İstanbulun xəstəxanasından dünya tibb tarixində “Lazarus fenomeni” adlandırılan 38 belə hadisənin qeydə alındığı bildirilir. Həkimlər adətən “Lazarus fenomeni”ndən qiorxurlar, çünki çox vaxt belə hadisə həkim xətası kimi qiymətləndirilir və doktorların məhkəməyə verilməsi ilə nəticələnir. Halbuki xəstə həyat əlamətlərini tamamilə itirmiş olur. Bu mənada islam aləmində xəstənin öldükdən bir neçə saat sonra mütləq basdırılması məsələsi diqqətə alınmalıdır.

İnterpress.az