İnterpress.az xəbər verir ki, ölkənin şimalındakı Baqa və Doro Qovon qonşu qəsəbələrinin hücumdan əvvəl və hücumdan sonrakı peyk görüntüləri böyük maraqla izlənib. Təşkilatın hesablamalarına görə, 3700 tikili ciddi ziyan görüb. Ətrafdakı bir çox yaşayış məskəni də hücuma məruz qalıb.
Təşkilatın Nigeriyadakı nümayəndəsi Danie Eyre deyib ki, bu təfərrüatlı görüntülər iki qəsəbədəki fəlakətin miqyasını göstərir: “4 gün ərzində bu iki qəsəbə demək olar yer üzündən silinib”.
“Amnesty International”ın şahidlərin ifadələri əsasında əldə etdiyi məlumatlara görə, keçən həftə ölənlərin sayı 2 minə yaxınlaşıb. Nigeriya ordusu isə “Boko Haram”ın 150 terrorçusunu öldürüb.
Eyre bildirib ki, bu hücum təşkilatın hesabatlarında “Boko Haram”ın etdiyi ən böyük dağıdıcı aksiya kimi qeyd olunub. Terror təşkilatının yanvarın 3-də başlayan hücumları nəticəsində Boqoda 620, Doron Baqada isə 3100 ev dağıdılıb.
İnterpress.azhttps://youtube.com/watch?v=MtdA3_8KSkE