“Qarabağ” Ramil Şeydayevlə yolları ayırırbackend

“Qarabağ” Ramil Şeydayevlə yolları ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırmaq niyyətindədir. Buna səbəb gənc futbolçunun baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayaraq əsas heyətə düşə bilməməsidir.

Qeyd edək ki, Şeydayev “Qarabağ”a ötən ilin yayında transfer olunsa da, indiyədək bu komandada ümidləri doğrultmayıb. Onun Ağdam klubundan ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıdacağı gözlənilir.

İnterpress.az