I Avropa idman oyunları və Bizimkilər….backend

I Avropa idman oyunları və Bizimkilər….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq neçə vaxtdır ki, Avropa idman oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı məsələ Avropa ölkələrinin, xüsusən də, həmin ölkələrin idman ictimaiyyətinin diqqət mərkəzindədir. Bu idman oyunlarının hansı səviyyədə keçiriləcəyi, onun necə nəticələnəcəyi və s. məqamlar bütün ictimai-siyasi dairələrin müzakirə mövzusuna çevrilmişdir.
Məlumat üçün deyək ki, I Avropa oyunlarının ölkəmizdə keçirilməsi məsələsi Azərbaycanın şəxsi təşəbbüsü əsasında təsdiq edilmişdir. Yəni Azərbaycan dövləti öz iqtisadi potensialını, ictimai-siyasi durumunu və digər həlledici məqamları nəzərə alaraq bu qərarı qəbul etmişdir. İndi həmin oyunların hansı səviyyədə keçiriləcəyi, idmançıların və turistlərin necə qarşılanıb yola salınacağı ölkəmizin milli-mənəvi bacarığından asılıdır. Bu işlər barədə heç bir dövlətə və ya siyasi dairəyə hesabat verməyi boynumuza götürməmişik.
İdman oyunlarının hazırlıq işlərinə start verildiyi gündən Avropanın, xüsusən, ölkəmizə düşmən mövqeyində olan bir sıra dövlətlərin siyasi dairələrində idman oyunlarının baş tutmayacağı, həddən artıq çox maliyyə vəsaitinin xərclənməsi, ölkədə siyasi sabitliyin olmaması və s. məsələlər qabardılaraq müstəqil dövlətin daxili işlərinə qarışmağa cəhd göstərməkdədirlər. Lakin biz bilirik ki, müstəqil dövlət olaraq Azərbaycan belə qlobal məsələlərin həllində müstəqil addımlar atmalı, qarşıya qoyulmuş məsələnin həllində heç bir ictimai-siyasi qüvvələrin „məsləhəti ilə addımlar atmamalıdır. Bu addımların səhvi də, düzü də Azərbaycan dövlətinə və xalqına məxsusdur. İdman oyunları ilə bağlı ölkədaxili neqativ halların müzakirəsi və həlli isə sonrakı məsələlərdir. Ataların belə bir sözü var – İt hürər karvan keçər.
Biz, I Avropa oyunlarını yüksək səviyyədə keçirməli, Avropada, xüsusən, Cənubi Qafqazda hansı söz sahibi olduğumuzu sübuta yetirməliyik. Bu məsələ ən azından ümummilli, ümumxalq məsələdir. Bu oyunların layiqli keçirilməsi kimlərinsə adına yazılmır, Azərbaycan xalqının adı, qüdrəti ilə əlaqələndirilir.
Qeyd etdiyimiz kimi Avropanın bir sıra ölkələrində bu idman oyunlarının əlamətdar formada keçirilməsinə, şübhə ilə yanaşanlar, düşmənçilik mövqelərini ortaya ataraq, müxtəlif qərəzli fikirlərini kütləvi informasiya vasitələrində yayaraq oyunların təşkilinə və baş tutmasına maneçilik törətmək istəyirlər. Bu onların öz işidir.
Lakin, bu qeyri-obyektiv fikirlər cəmiyyətimizə çatan kimi bir sıra dövlət məmurları, ziyalılar, iş adamları, media nümayəndələri və başqaları kütləvi informasiya vasitələrinə, xüsusən, özəl televiziya kanallarına axışaraq, dövlətə yaltaqlanmaq, „vətənə sədaqətini“ ifadə etmək üçün dəridən, qabıqdan çıxır, „fora“ qazanmaq məqsədi ilə az qala idman oyunları yolunda özlərini şəhid etməyə hazır olduqlarını bəyan edirlər. Qarşı tərəfin söylədiyi qərəzli bir fikri o qədər bayağılaşdıraraq cəmiyyətə çatdırırlar ki, insanlarda belə təsəvvür yaranır ki, bütün Avropa idman oyunlarının keçirilməsinin əleyhinədir. Belə yerdə atalar çox gözəl deyib – İt əl çəkdi, motal əl çəkmədi.
Belə naqis insanlara demək istərdim ki, bütün xalqımız, adı azərbaycanlı olan hər bir vətəndaş belə bir prinsipial məsələnin həllində, öz üzərinə düşən hər hansı bir vəzifənin yerinə yetirilməsində bütün bacarığını ortaya qoymalıdır.
Bununla belə I Avropa oyunları ərəfəsində və oyunlar dövründə bir sıra neqativ halların aradan götürülməsinə çalışmalıyıq.
Yeri gəlmişkən, I Avropa idman oyunlarına idmançılar dəvət edilərkən, rəsmiyyət xatirinə erməni idmançıları da dəvət olunmuşdur. Onlar yeni „şou“ yaratmaq üçün gah gələcəklərini, gah da gəlməyəcəklərini bəyan edir, bütün maliyyə vəsaitlərini özləri ödəyəcəklərini və s. hoqqabazlıqlar edərək Avropanın diqqətini özlərinə cəlb etmək istəyirlər.
Həmişə olduğu kimi bir dəstə ziyalılarımız özəl televiziyada oyunları müzakirə etməyə başladılar. Onlardan biri televiziyada çıxış edərək böyük canfəşanlıqla, ermənilərin yarışlara gəlməsi üçün az qala onlara yalvarırdı. Bu „ziyalının“ (adını çəkmirəm) bir fikri: – „Ermənilər buyurub gələ bilərlər, qapılarımız onların üzünə açıqdır.“ ifadəsi, böyük xəcalət və təəssüf hissi doğurdu.
Cənab „ziyalı“, əvvəla, ermənilər yarışlara dəvət olunublar, onlar gəlir gəlsin, gəlmirsə cəhənnəmə gəlməsinlər. Onları elə çox sevirsənsə apar öz evinə. Sizin kimilərin qapısı düşmənin üzünə açıq ola bilər. Sən başa düşməlisən ki, qapılarımız onların üzünə həmişə açıq olduğundan 20 faiz torpaqlarımızda erməni bayrağı dalğalanır. Kim təminat verə bilər ki, yarışlarda bir erməni idmançısı hansısa idman növünün qalibi olmayacaq ?! Və o zaman Bakı şəhərində, idman sarayında erməni bayrağı ucaldılacaq, erməni himni səslənəcək. Yəqin ki, sizin kimilər ayağa qalxaraq həmin anı təqdir edəcəksiniz. Dediyim fikirlərə qarşı belə bir əks arqument səsləndirirlər ki, İrəvan şəhərində qalib olmuş azərbaycanlı idmançımızın şərəfinə himnimiz də səsləndi, bayrağımız da ucaldıldı. Lakin bu fikirdə olanlar başa düşməlidirlər ki, ermənilər müharibədə məğlub olduğumuz indiki durumu olduğu kimi saxlamaq üçün ən yüksək səviyyədə „dostluğu, qonşuluğu, qardaşlığı“ bərpa etmək, saxlamaq üçün hər cür hiyləgər əməllərə əl atmağa hazırdırlar. Bir neçə il bundan əvvəl erməni jurnalistinin Bakıda Arsaxın (Xankəndi) pasportunu Aeroportda fəxrlə nümayiş etdirməsi nə tez unudursunuz?!
Qarabağ torpaqlarının azad edilməsi yolunda bu günə qədər ermənilərlə hər cür qonşuluq münasibətlər qurmağa hazır olduğumuzu bəyan etmişik, əvəzində saxtakarlıq, hiyləgər erməni xislətini, erməni xəyanətini görmüşük. Ona görə də bundan sonra onlarla hansısa bir insani münasibət haqqında düşünmək ağılsızlıqdır… Ermənilərin Bakı şəhərinə, I Avropa idman oyunlarına dəvət etmək tamamilə yanlış məsələdi. Bu mənim şəxsi fikrimdi.
Burnunun qabağını görməyən „ziyalılarımızın“ yadına salmaq istəyirəm ki, əsrlərlə yeri-yurdu olan, indi ölkənin və dünyanın hər bir tərəfinə səpələnmiş qaçqın və köçkünlər ev eşiyini, var-dövlətini, tarixi abidələrini, insan üçün ən müqəddəs sayılan dədə-baba torpaqlarını itirmişlər. Təkcə son illərdə münaqişə və müharibə zamanı on minlərlə günahsız insanlar qətlə yetirilmişdir. Bundan sonra erməni quldurları ilə hansı insani münasibətlərdən söhbət gedə bilər?!
Ölkə prezidenti cənab İ. Əliyev demək olar ki, bütün çıxışlarında İrəvan xanlığı torpaqlarının, Qarabağ torpaqlarının tezliklə işğaldan azad edilməsi və ermənilərdən Qisas alınması məsələsini həmişə diqqət mərkəzinə çəkmişdir. Biz bu kimi çağırışlara həmişə hazır olmalıyıq. Bu günə qədər ermənilərin törətdikləri cinayətlərin araşdırılmasını, erməni qəddarlığının səhnələrini, dünyaya haqlı olduğumuzu sübuta yetirmək kimi addımlarımızı bir kənara qoyaraq bu mənfur düşmənlə zor gücü ilə danışmalıyıq. Qoy dünya bizə nə deyir, desin!
Demək istəyirəm ki, ermənilərlə heç bir ictimai, sosial əlaqələr qurmaq olmaz. Onlarla yalnız və yalnız zor gücü ilə danışmaq lazımdır. Çox təəssüf ki, bir sıra unutqan qüvvələr, bəzi dövlət məmurları və imkanlı adamları „erməni kirvələrini“ yaddan çıxarmayıblar…
2014-cü ilin avqust ayında Qarabağ cəbhəsində erməni quldurları ilə qanlı döyüşlər gedərkən, əskərlərimizin böyük qəhrəmanlıqlar göstərərək şəhid olduqları bir vaxtda, cənazələrinin torpağa tapşırıldığı zaman, bizim gənclərdən bir dəstə tərbiyəçi-bələdçiləri ilə birlikdə Gürcüstanda „dostluq-qardaşlıq“ tədbirində erməni həmyaşıdları ilə qol-qola girib „Qoccari“ (bizim Köçəri) havasında sındırırdılar. Həmin tədbir 15 gün davam etmişdi. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu gənclərin əksəriyyəti dövlət məmurlarının və biznesmenlərin uşaqları imiş. Yaxın zamanlarda bu gənclərin kimliyi açıqlanacaqdır.
Ölkə prezidenti cənab İ. Əliyev demək olar ki, bütün yığıncaqlarda məmurların iş prinsiplərindən danışarkən həmişə vətəndaş-məmur münasibətləri məsələsini gündəmə gətirmiş, bu münasibətlərin çox acınacaqlı vəziyyətdə olduğunu qeyd etmişdir. O, qeyd edir ki, rüşvət və korrupsiyaya qurşanmış bir sıra dövlət məmurlarının nəinki özləri, hətta ailə üzvləri, qohumları da qudurğanlıq edir, heç kimi hesaba almırlar. Əslində də belədir. „Heç kim“ deyəndə sıravi vətəndaşlar və zəhmətkeş adamlar nəzərdə tutulur. Onların bir-birilərinə qarşı aristokrat, yüksək etik normalarla „zəngin“ münasibətlərini gördükdən sonra, qəbul otağından vətəndaşı təhqir edərək qovub çıxaran həmin məmurların olduğuna inanmaq olmur.
İcraçı qurumlarının əsas vəzifəsi vətəndaşların ictimai, sosial və s. problemlərini həll etmək, vətəndaş-dövlət münasibətlərinin əlaqələndiricisi kimi fəaliyyət göstərməkdir. Lakin tamamilə əks mövqedə fəaliyyət göstərən, icraçı qurumları arasında ən çox tanınan və adı çıxan İH qurumlarının icraçılıq fəaliyyəti aşağı səviyyədədir. „İcra“ sözünün arxasına „hakim“ sözü əlavə olunduqdan sonra bir sıra icra qurumları özlərini hakimi-mütləq sanaraq, rüşvətxorluq, talançılıq, süründürməçilik, kobudluq, yerlibazlıq, qohumbazlıq və s. qeyri-qanuni əməllərin məskəni kimi tanınırlar. Xüsusən, kənd rayonlarında rayonun qubernatoru, ağası, xanı, Rayxudasıdır. Onların əməllərinə baxanda sovetlər dönəmində „İspolkom“ kimi tanınan qurumun iş prosesi daha önəmli xarakter daşıyırdı.
Çox qəribədir, bir sıra İH-lərinin işçilərini bir neçə polis əməkdaşı, mühafizəçilər və s. şəxslər qoruyurlar. Hətta elə İH-ləri vardır ki, binanın hər bir mərtəbəsi də asayişçilər tərəfindən mühafizə olunur. Bu cür qorunma ilə bağlı bir ağsaqqaldan səbəbini soruşduqda bildirdi ki, onlar o qədər cinayət tərkibli əməllərlə məşğul olublar ki, həyatlarına sui-qəsd olunacağından ehtiyat edirlər. Ən naqis hal odur ki, bir sıra İH-i başçılarının qəbuluna düşmək, dövlət və hökumət başçılarının qəbuluna düşməkdən çox-çox çətin məsələdir.Əlbəttə, İH-ti qurumlarının hamısına eyni prizmadan baxmaq, hər şeyi qara görmək düzgün olmazdı.
Dünya Azərbaycanlıları Konqresi, Qərbi Azərbaycan (İndiki Ermənistan) nümayəndəliyinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar və sorğular nəticəsində məlum oldu ki, kənd rayonlarının İH-ləri istisna olmaqla, şəhər İH-ti qurumlarının bir çoxunda vətəndaş-məmur münasibətləri, vətəndaşların problemlərinin həlli məsələlərində, vətəndaşların qəbulu, işlərin icrası zamanı etik normalara əməl olunaraq, qayda qanunlara riayət olunur.
Xüsusən, Nizami rayonu (İcra başçısı T. Budaqovdur) və Suraxanı rayonu (İcra başçısı İ. Abbasovdur) İH qurumlarında çox zaman vətəndaş-məmur münasibətləri günün tələbləri səviyyəsində qurulduğu müəyyən edilmişdir. Ən əsası odur ki, İH-nin bütün işçiləri vətəndaşlara xidmət kimi əsas vəzifələrini bir dövlət məmuru kimi düzgün qiymətləndirirlər. Bunun nəticəsidir ki, bu rayonlarda əhalinin müəyyən təbəqələrinin rəğbətini qazanmaq mümkün olmuşdur. Əslində vəzifəsindən asılı olmayaraq hər bir icraçı dövlət məmuru öz qanuni vəzifələrini yerinə yetirməyi vətəndaşlıq borcu hesab etməlidir.
Qeyd etdik ki, I Avropa oyunları ümummilli məsələdir. Qarşımıza qoyulmuş vəzifələrin uğur qazanması üçün hər bir vətəndaşın mədəni davranışından tutmuş, ətrafdakıların da hər bir məsələdə yüksək mədəniyyət, xalqımıza məxsus qonaqpərvərlik, mehribançılıq, səmimiyyət kimi yüksək əxlaqı keyfiyyətlərimizi göstərmək vacib məsələdir. Çox təəssüf ki, əhalinin bir qismi bu tədbirdən bir xeyir götürmək, nəyin bahasına olursa olsun, kimlərdənsə bir şey qopartmaq arzusu ilə yaşayır. Polis əməkdaşlarının „müşayiəti“ ilə onun-bunun qabağına qaçan, az qala sərnişinləri zorla maşınına əyləşdirməyə çalışan özünü dilənçi, çarəsiz bir məxluq kimi göstərən taksi sürücülərinə və digər bu kimi insanlara qarşı bütün cəmiyyətimiz mübarizə aparmalıdır.
I Avropa oyunlarının keçirildiyi dövrdə ölkənin bütün ictimai-siyasi qurumları xüsusi fəallıq göstərməli, atdıqları addımları ölçüb biçməlidirlər. Bu məsələdə kütləvi informasiya vasitələri, xüsusən ölkəmizin televiziya kanalları xüsusi məsuliyyət daşıyırlar.
Bu günə qədər televiziya kanallarında (2-3 kanaldan başqa) mənasız və mahiyyətsiz çal-çağırlarla, müxtəlif səviyyəsiz layihələr əsasında təşkil edilmiş „şou“ verlişləri, savadsız və səviyyəsiz aparıcıların, müğənnilərin səhnədəki hoqqabazlıqlarına, qudurğanlıqlarına son qoyulmalıdır. Artıq iş o yerə çatıb ki, DİN, ƏƏSTN, MTN, Səhiyyə, Təhsil və s. nazirliklərin səlahiyyətlərini yerinə yetirən bu işbazlar artıq heç kəsi hesaba almır, reketliklə məşğul olurlar. Həmin kanalların rəhbərləri papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşməlidirlər. Ölkədə müharibə gedir, hər ay şəhidlər veririk. Çalıb oxumağın da, şıllaq atmağın da əndazəsi olmalıdır. Abırsız, ləyaqətsiz verilişlərin baş alıb getməsinin nəticəsidir ki, bir evdə ata-ana, oğul-qız varsa həmin ailə məcbur olub ya 3 ədəd televizor almalı, ya da bu ölkənin televiziya kanallarına baxmamalıdır. Cənablar siz kimsiniz ki, bu millət öz televiziyasına baxmasın. Bir-iki kanaldan başqa əksər kanallarda hərbi vətənpərvərlik, vətənə məhəbbət, igidlik, vətən torpaqlarının azad edilməsi və s. mövzularda heç bir verilişə rast gəlinmir. I Avropa oyunları ərəfəsində və oyunlar dövründə bu kimi mövzulara daha çox yer verilməlidir. Erməni quldurlarının işğalçılıq əməlləri daha geniş şəkildə işıqlandırılmalıdır.
Kriminal mövzularda və digər aspektlərdə hazırlanmış verilişlərə baxanda elə təsəvvür yaranır ki, ölkə əhalisinin əksəriyyəti narkotik aludəçiləridir. Elə bil oğurluq, quldurluq, müxtəlif cinayətkarlıqlar ölkəni başına götürüb. Çox maraqlı bir məqam hər dəfə nəzərə çarpır. Oğurluq edərkən tutulan cavanların əksəriyyətinin üst-başı axtarılarkən həmişə ciblərindən narkotik maddələr tapılır. Başa düşmək olmur, məgər bu oğurluq edənlər o qədər axmaq adamdırlar ki, oğurluğa gedərkən narkotik maddəni də özü ilə aparsınlar?!
Dövlət qurumları və xalqımız hər ildə bir dəfə 20 yanvar, Xocalı faciəsini anım günü kimi qeyd edirlər. Xalqımıza qarşı törədilmiş cinayətlərin, soyqırımların sayı bir deyil, iki deyil. 31 mart azərbaycanlıların soyqırımı günüdür. Nə üçün bu faciəni əbədiləşdirmək üçün şəhidlər xiyabanında və ya digər bir yerdə Anım abidəsi qoyulmur. Qardaş Türkiyədə də bu cür unutqanlıq davam edir. Orada da Anım abidəsi yoxdur.
Mənfur düşmənlərimiz, ermənilər neçə illər bundan əvvəl əzəmətli „erməni soyqırımı“ anım abidəsi ucaltmış, bu qondarma soyqırımın „törədilməsi“ barədə bütün müvafiq tarixi sənədlərlə təchiz etmişdir. İlin bütün fəsillərində Ermənistan dövlətinə, (hansı tədbirlə əlaqədar olursa-olsun) gələn qonaqlar həmin abidənin ziyarətinə aparılır və müsafirlərə qondarma soyqırımının baş verdiyinə inandırırlar. Bunun nəticəsidir ki: Dünyanın 30-dan çox dövlətləri:
ABŞ-ın 41 ştatı
BMT-nin Ayri seçkiliyin önlənməsi
Azlıqların Qorunması Alt Komissiyası
Avropa Şurası
Avropa Parlamenti
Dünya Kilsələr Şurası
İnsan Haqları dərnəyi
ÜMCH Avropa Birliyi
„Permanent Peoples Tribunal“ və s. ictimai-siyasi təşkilatlar qondarma erməni soyqırımı törədildiyini təsdiq etmişlər.
Dünyanın gözü qarşısında, bir neçə il bundan öncə Rus-erməni hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımını isə dünyanın 7 dövləti, ABŞ-ın 16 ştatı və İslam Əməkdaşlıq Təşkilatı təsdiq etmişdir.
Göründüyü kimi, bu məsələdə də görülən işlər aşağı səviyyədədir. Əgər söhbət erməni diasporunun gücündən gedirsə, bu uydurmadan başqa bir şey deyildir. Diaspor məsələləri ilə məşğul olan dövlət qurumu vardır. Onlar hansı işlərlə məşğuldurlar?
Bakı şəhərində, Bayraq meydanında Ginnesin rekordlar kitabında qeydə alınan dünyanın ən hündür bayrağı dalğalanır. Məlumdur ki, bayraq hər bir dövlətin müqəddəs simvoludur. Səfərdə olduğum bir neçə ölkədə bayrağa olan hörmət və məhəbbətin ifadəsi kimi, necə əzəmətli fəxri qaraul təşkil olunduğunun şahidi olmuşam.
Nə üçün Azərbaycanın bayrağına bu cür fəxri qaraul təşkil olunmur? Çox güman ki, idman oyunlarına gələn qonaqlar dünyanın ən hündür bayrağını görmək istəyəcəklər…
Dövlətimizin himni də, musiqisi də gözəldir. Çünki, onun sözləri və musiqisi dahi sənətkarlara məxsusdur. Lakin himnin sözləri oxunarkən 30-40 nəfər qadınlardan ibarət xor kapellasının səsini eşidirik. Elə təsəvvür yaranır ki, oxuyanların arasında bir nəfər də olsun kişi yoxdur. Eşitdiyimiz isə cır səsli qadınların qışqırtısından başqa bir şey deyildir. Sovetlər dönəmindən lentə alınmış bu himnin təkmilləşdirilməsinə ehtiyac vardır. Bundan başqa hər bir Azərbaycan vətəndaşı öz dövlət himnini hökmən bilməlidir, xüsusən ziyalılar, dövlət məmurları və idmançılar bu məsələyə çox ciddi yanaşmalıdırlar. Hətta xarici ölkələrdən pulla alınıb gətirilən idmançılar da Azərbaycan dövlətinin himnini oxumağı bacarmalıdırlar.
I Avropa idman oyunları ərəfəsində Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasındakı baş vermiş faciə nəticəsində günahsız insanların həyatlarını itirməsi hər kəsin böyük kədərinə səbəb oldu. Əminəm ki, günahkar məmur və işbazlar cəzalarına çatacaqlar. Bu günahsız qurbanların xatirəsini anmaq, onların yaxınlarına təskinlik vermək, dərdinə şərik olmaq hamımızın borcudur. Binanın qarşısında anım vasitəsi kimi gül-çiçəklərin düzülməsi dünyasını dəyişənlərə ehtiram əlaməti kimi qəbul edilir. Lakin məmur qurbanlarını anmaq üçün şamların yandırılmasının mahiyyətini başa düşmək olmur. Çox təəssüf ki, din xadimləri bu məsələyə heç bir reaksiya vermədilər.
Dördüncü hakimiyyətin, kütləvi informasiya vasitələrinin son zamanlar ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallığı, ölkənin antipotlarına qarşı mübarizəsi təqdirəlayiqdir. Ölkə prezidentinin ictimai fəallığın artırılması, cəmiyyətin saflaşdırılması fonunda, korrupsiya və rüşvətxorluğa qurşanmış, qudurğanlığı özlərinə peşə seçmiş bəzi məmurlara qarşı amansız mübarizə aparmaq vəzifəsinin media nümayəndələrinin səlahiyyətinə aid olduğunu qeyd etdi. Lakin cəmiyyətimizdə hələ də yaşından və başından asılı olmayaraq islaholunmaz ünsürlər az deyildir. Belə insanlara qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Əks halda belə qüvvələr sülaləyə çevrilə, millətin mənəviyyatına böyük zərbə vura bilərlər.
Yeri gəlmişkən, XIX əsrin sonlarında London şəhəri yaxınlığında yerləşən Sausvork şəhərində Huliqan soyadlı bir nəsil yaşamışdır. Bu soyadı daşıyan adamlar, yüksək vəzifə sahibi olsalar da ümumyaşayış qaydalarına əməl etməyərək, hüquq və əxlaq normalarını pozan, quldurluq, oğurluq, talançılıq, əxlaqsızlıq, yaltaqlıq edənlər idi. Onlar özləri kimi adamların cərgəsinə qoşulmuşdular. Xuliqanlar tayfası bir müddət sonra bu nəsil London şəhərinə köçürlər. Nəslin başçısı Patrik Huliqanın göstərişi ilə onlar daha da qudurğanlaşdılar. Londonlular onların əməllərindən çox əziyyət çəkirdilər. Artıq bütün Britaniya İmperiyası bu nəsli tanıyırdı. Bu adamları bəd əməllərdən çəkindirmək üçün bütün vasitələrdən istifadə olundu. Lakin, onlar islah olunmadılar, daha da azğınlaşdılar və Xuliqan olaraq qaldılar.
Bu gün cəmiyyətimizdə həmin Xuliqanların həyat tərzini davam etdirən, Xuliqan kimi yaşayan insanlar az deyildir. Bu gün onlara qarşı mübarizə aparan, onların haqq-ədalət yoluna gəlməyi tələb edən media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Bu işdə xalqımızın tərəqqipərvər qüvvələri həmişə onların yanındadırlar.
Bu gün biz hamımız I Avropa oyunlarının ləyaqətli keçirilməsini, ən əsası isə Azərbaycan idmançılarının parlaq qələbə qazanmasını arzulayırıq.

Dünya Azərbaycanlıları Konqresi Qərbi Azərbaycan (İndiki Ermənistan) Nümayəndəliyinin rəhbəri

Səməndər Çaxmaqlı